EN

Rusiya səfiri İsveç XİN-ə çağırıldı

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın krallıqdakı səfirini çağırıb.

"Ölkə.az", bu barədə xarici siyasət idarəsinin press-relizində bildirilib.

"Bu gün, sentyabrın 11-də İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini çağırıb. Bu, Rusiyanın sentyabrın 10-da Polşanın hava məkanını pozmasına etiraz olaraq edilib", - məlumatda deyilir.

Xatırladaq ki, sentyabrın 10-da Polşa ordusunun operativ komandanlığı ölkənin hava məkanını pozan bir neçə PUA-nın məhv edildiyini açıqlamışdı. Baş nazir Donald Tuskun sözlərinə görə, gecə ərzində hava məkanı pozuntusu ilə bağlı 19 fakt qeydə alınıb. Onun sözlərinə görə, bütün PUA-lar Belarus ərazisindən uçurmuş. İnsident ilə əlaqədar NATO Polşanın tələbi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salıb.

Chosen
10
6
olke.az

10Sources