EN

Sikorski: “Trampın Putinin onu ələ saldığını görməsinin vaxtı çatıb”

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Prezident Trampın Putinin onu ələ saldığını görməsinin vaxtı çatıb. O, Ukraynaya qarşı müharibəni bitirmək fikrində deyil. Alyaska sammitindən əvvəl gözlənilən atəşkəs və ciddi sülh danışıqları əvəzinə Putin getdikcə daha çox pilotsuz təyyarələr buraxır - əvvəlcə Ukraynaya, indi isə NATO-ya qarşı".Bizim.Media xəbər verir ki, bu barədə Sikorski RFM24 radiosunda çıxışı zamanı bildirib.Nazir qeyd edib ki, Polşa Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə dayandırmaq cəhdlərinə hörmətlə yanaşır: "Lakin Putin yalnız güclü addımlara cavab verəcək. O, uzun müddətdir ki, prezident Trampın xoş niyyətindən sui-istifadə edib".Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
bizim.media

2Sources