Azertag saytına istinadən ain.az xəbər verir.
Vaşinqton, 12 sentyabr, AZƏRTAC
ABŞ Prezident Donald Tramp Rusiyanın Polşaya pilotsuz uçan aparatlarla müdaxiləsinin yanlışlıq ola biləcəyini deyib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
"Yanlışlıq ola bilər, amma bundan asılı olmayaraq, bütün bu vəziyyətlə əlaqəli heç bir şeydən məmnun deyiləm, amma ümid edirəm ki, sona çatacaq”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.