EN

​Yaponiyada parlament üzvləri Fələstinin tanınmasını tələb etdi

Yaponiyada parlament üzvləri hökumətdən Fələstin dövlətini tanımasını tələb edib. Metbuat.az xəbər verir ki, 206 parlament üzvü tərəfindən imzalanan məktub xarici işlər naziri İvaya Takeşiyə təqdim edilib. Məktubu müxalif İvaya Takeşiyə ana müxalifətdəki Konstitusiya Demokratik partiyasından Abe Tomoko da daxil olmaqla üç parlament üzvü təqdim edib. Abe Tomoko xarici işlər naziri İvaya ilə görüşdən sonra İsrailin atəşkəsi qəbul etmək niyyəti olmadığını bəyan edib. O bildirib ki, Qəzzadakı humanitar böhrana səssiz qalmaq olmaz.

Qeyd edək ki, Fransa, Böyük Britaniya, Kanada və Avstraliya da daxil olmaqla bir neçə ölkə Fələstin dövlətini rəsmən tanıyacaqlarını açıqlayıb.

Chosen
42
3
metbuat.az

8Sources