EN

Danni Danon: Qətər HƏMAS-ı qovmasa, bunu İsrail edəcək

BAKI, 12 sentyabr. TELEQRAF

Dohaya zərbə bu zalda əks-səda verməli olan bir ismarış göndərdi.

Teleqraf xəbər verir ki, bu bəyanatla İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon çıxış edib.

“Terrorçular üçün sığınacaq olmamalıdır, nə Qəzzada, nə Tehranda, nə də Dohada. Terrorçular üçün toxunulmazlıq olmamalıdır. Biz harada gizlənmələrindən asılı olmayaraq, terror liderlərinə qarşı mübarizə aparacağıq”, - Danon BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

İsrail nümayəndəsi həmçinin Qətəri uzun müddət HƏMAS liderlərinə sığınacaq verməkdə ittiham edib.

“Qətər üçün seçim etmək vaxtdır. HƏMAS-ı ya Qətər özü qovacaq, ya da bunu İsrail edəcək", - o deyib.

Chosen
65
teleqraf.com

1Sources