EN

Belarusda "Zapad-2025" təlimləri başlayır

Sentyabrın 12-dən 16-dək Belarus və Rusiya silahlı qüvvələrinin birgə təlimi keçiriləcək.

Publika.az xəbər verir ki, təlim zamanı düşmənin hava hücumu silahları ilə hücumların dəf edilməsi, müdafiə döyüşünün aparılması, müdafiəyə nüfuz etmiş düşmənin məğlub edilməsi, dövlətin ərazi bütövlüyünün bərpasına şərait yaradılması planlaşdırılır.

"Qoşunların hərəkətinə aviasiya dəstəyi və düşmənin qanunsuz silahlı birləşmələri və təxribat-kəşfiyyat qruplarına qarşı mübarizə tətbiq olunacaq", - Belarus Müdafiə Nazirliyinin məlumatında deyilir.

Təlimlərə Belarus Silahlı Qüvvələrinin Baş Qərargahı nəzarət edir.

Chosen
8
publika.az

1Sources