EN

Braziliya məhkəməsi sabiq prezidenti azadlıqdan məhrum edib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Braziliya Federal Ali Məhkəməsi sabiq prezident (2019-2022) Jair Bolsonaronu Braziliyanın hazırkı lideri Luiz İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün dövlət çevrilişinə cəhd etdiyinə görə 27 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

APA xəbər verir ki, Bolsonaronun təqsirli bilinməsi və həbs cəzasına məhkum edilməsi barədə qərarı Ali Məhkəmənin dörd hakimi qəbul edib.

Hakim Luis Fuks siyasətçiyə bəraət verilməsinin lehinə çıxış etsə də Bolsonaro dördə qarşı bir səslə günahkar bilinib.

Qeyd edək ki, Bolsonaro dövlət çevrilişinə cəhddə, qanunsuz qruplaşma yaratmaqda və qanunun aliliyini zorakılıqla pozmaqda təqsirli bilinib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
apa.az

2Sources