EN

Yeni müharibənin anonsu: NATO Rusiyaya cavab hazırlayır

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

NATO alyansın şərq cinahında müdafiəni gücləndirmək üçün Rusiya PUA-larının Polşaya daxil olmasına cavab olaraq müdafiə xarakterli hərbi tədbirlər hazırlayır.

Lent.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Məlumata görə ilk cavab çərşənbə günü baş katib Mark Rutte və digər müttəfiq liderlərin Rusiyanın ehtiyatsız davranışını pisləməsi zaman verilib.

Hərbi cavab tədbirləri NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç tərəfindən əlaqələndiriləcək ki, o, alyans üçün bütün hərbi əməliyyatların planlaşdırılması və aparılmasına cavabdehdir.

Mənbə iddia edib ki, hazırda NATO komandirləri vəziyyəti qiymətləndirir və əgər varsa, hansı təchizatlara ehtiyac olacağını müəyyənləşdirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
3
lent.az

5Sources