EN

Braziliyanın sabiq prezidenti 27 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. Trend:

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro 2022-ci ilseçkilərindən sonra dövlət çevrilişinə cəhddə təqsirli bilinib.

Trend-inməlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

Braziliyanın Ali Məhkəməsinin beş hakimindən dördü Bolsonaronunbütün beş maddə üzrə təqsirli bilinməsi və ona 27 il üç ay həbscəzası verilməsi üçün səs verib.

Qeyd edilib ki, J.Bolsonaro 8 yanvar 2023-cü ildə tərəfdarlarıtərəfindən hökumət binalarına basqın zamanı dövlət çevrilişinəcəhddə, silahlı cinayət təşkilatında iştirakda, Braziliyanındemokratik quruluşunu zorakılıqla devirməyə cəhddə, dövlətqurumlarına qarşı zorakılıq hərəkətlərində və qorunan dövlətəmlakına ziyan vurmaqda təqsirli bilinib.

Məqalədə:
Chosen
23
az.trend.az

1Sources