EN

Braziliya prezidenti ABŞ-nin təhdidlərinə cavab verdi

BAKI, 12 sentyabr. TELEQRAF

Braziliya, keçmiş prezident Jair Bolsonarunun azadlıqdan məhrum edilməsi ilə bağlı ABŞ-nin mümkün sanksiyalarından qorxmur.

Teleqraf xəbər verir ki, bu barədə Braziliyanın hazırkı lideri Luis İnasiu Lula da Silva yerli “Band” telekanalına müsahibəsində bildirib.

“Heç bir qorxu yoxdur. Mən qorxmuram. Bir ölkənin prezidenti digər suveren dövlətin qərarlarına müdaxilə edə bilməz. Əgər o, hər hansı bir tədbir görməyi qərara alsa, bu yalnız onun problemi olacaq", - dövlət başçısı deyib.

Onun sözlərinə görə, Bolsonarunun dövlət çevrilişi təşkil etmək istədiyinə dair heç bir şübhə yoxdur. Lula da Silva Bolsonarunu öz prezidentlik müddətində ölkənin demokratik institutlarını nüfuzdan salmaqda ittiham edib.

Chosen
29
teleqraf.com

1Sources