Ajans.az  xəbər verir ki, bu bəyanatı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində səsləndirib. “İndi Rusiya ilə tamamilə fərqli münasibətlər mövcuddur. Rusiya-Ermənistan münasibətləri daha böyük-kiçik qardaş kimi deyil, sadəcə tərəfdaşlıq münasibətləridir. Son dörd ildə biz buna nail olmağa çalışırdıq”, - dövlət başçısı bildirib. Onun sözlərinə görə, Ermənistan öz iqtisadiyyatını diversifikasiya edə bilib. Xaçaturyan həmçinin Moskvanın Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə alacağına ümid etdiyini bildirib. Ermənistan Prezidenti eyni zamanda Vaşinqtonda əldə etdikləri nəaliyyətlərdən də danışıb: "Vaşinqtonda əldə etdiyimiz ən əsas nailiyyət Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamağa razılaşmasıdır". İki lider söylədi ki, biz sülh içində yaşamağa başlamaq üçün hər şeyi etməyə hazırıq. Ermənistan prezidenti Vaşinqton bəyannaməsinə ərazi bütövlüyünə hörmətlə bağlı bəndin daxil edildiyini diqqətə çatdırıb.

“Bəyannamədə TRIPP-in (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) işləməsi üçün tələb olunan əsas prinsiplər əks olunub. Bura ərazi bütövlüyü, müstəqillik, yurisdiksiya, qarşılıqlılıq və suverenlik prinsipləri daxildir. Vəssalam. Biz bu prinsiplər əsasında işləyəcəyik”, - Xaçaturyan söyləyib.