EN

Yaponiya Rusiyadan 14 şəxs və 50 təşkilata qarşı sanksiya tətbiq edib

Yaponiya hökuməti Rusiya əleyhinə tədbirlər çərçivəsində Rusiyaya, həmçinin bir sıra xarici şirkətlərə qarşı əlavə sanksiyalar tətbiq etmək qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin dərc etdiyi sənədlərdə qeyd olunur.

Sənədlərə əsasən, Yaponiyada müəyyən ediləcəyi təqdirdə 14 nəfərin, eləcə də 47 təşkilatın və “Artek” uşaq düşərgəsinin aktivləri dondurulacaq. “Qara siyahı”ya xüsusilə Axmat-Xacı Kadırov Fondu və onun prezidenti Aymani Kadırova daxildir. Bundan əlavə, Ural avtomobil zavodu, Tula silah zavodu, NPO “Bazalt” və “İskra”, eləcə də bir sıra digər müəssisə və şirkətlər də sanksiyalara məruz qalıb. Daha iki Rusiya şirkətinə isə ixrac məhdudiyyətləri tətbiq edilib.

Həmçinin Yaponiya hökuməti anti-Rusiya tədbirləri çərçivəsində Seyşel və Marşal adalarında qeydiyyatdan keçmiş üç şirkətin aktivlərini dondurmaq barədə qərar qəbul edib. BƏƏ, Türkiyə və Çində fəaliyyət göstərən daha doqquz şirkətin aktivləri də müəyyən olunacağı halda dondurulacaq.

Chosen
19
operativmedia.az

1Sources