EN

Ukrayna “Su-27”lərinin Rusiya analoqlarından üstünlüyü açıqlandı

BAKI, 12 sentyabr. TELEQRAF

Raket və pilotsuz uçuş aparatının (PUA) hibridindən ibarət “tələ” - “ADM-160 Miniature Air Launched Decoy” (MALD) yalançı hədəfi Ukrayna “Su-27” qırıcılarının Rusiya analoqlarından əsas üstünlüyüdür.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “The National Interest” (TNI) jurnalında dərc olunmuş analitik məqalədə qeyd olunub.

Bildirilir ki, Ukrayna “Su-27”ləri ABŞ istehsalı olan DM-160 MALD ilə təchiz edildiyi andan bu təyyarələr Rusiya analoqları qarşısında üstünlük əldə ediblər.

Məqalənin müəllifi yazır ki, bu “tələ” müttəfiq təyyarələrini qoruyur və düşmənin hava hücumundan müdafiə sistemlərini çaşdırır. 115 kq çəkisi olan “tələ”lərin uçuş məsafəsi 900 km-i keçir.

Qeyd edək ki, “Su-27”lərdən savayı Ukraynanın MiQ-29 qırıcıları da “tələ”lərlə təchiz edilib.

Chosen
12
teleqraf.com

1Sources