BAKI, 12 sentyabr. TELEQRAF
Rusiyada senzura institutunun bərpası mümkün deyil.
Teleqraf xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
“Bilirsiniz, senzura institutunu bərpa etmək üçün Sovet İttifaqını bərpa etmək lazımdır ki, bu da, başa düşdüyünüz kimi, mümkün deyil. Orada tamamilə fərqli mexanizmlər işləyirdi”, - o qeyd edib.
Şvıdkoy qeyd edib ki, əsərin, filmin və ya tamaşanın təqdimatından əvvəl mövcud olan senzura mədəniyyət xadimlərini cinayət işi ilə nəticələnə biləcək "cəza senzura"sından xials etməyə imkan verirdi.