EN

Belarus və Rusiya birgə strateji təlimlərə başlayıb

Belarus və Rusiya silahlı qüvvələrinin “Zapad-2025” birgə strateji təlimləri başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər sentyabrın 12-dən 16-dək davam edəcək.

Təlim zamanı düşmənin hava hücumu silahları ilə hücumların dəf edilməsi, müdafiə döyüşünün aparılması, müdafiəyə nüfuz etmiş düşmənin məğlub edilməsi, dövlətin ərazi bütövlüyünün bərpasına şərait yaradılması planlaşdırılır.

Bundan əlavə, qoşunların hərəkətinə havadan dəstək və düşmənin qanunsuz silahlı birləşmələri və təxribat-kəşfiyyat qruplarına qarşı mübarizə tətbiq olunacaq.

Təlimi Belarus Silahlı Qüvvələrinin Baş Qərargahı idarə edir.

Chosen
9
ucnoqta.az

1Sources