EN

Şəhid Murad Vəliyevin nəşi bu gün torpağa tapşırılacaq FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəxsiyyəti ailə üzvlərindən götürülmüş DNT analizi ilə təsdiqlənmiş Birinci Qarabağ müharibəsi şəhidi Murad Məlikməmməd oğlu Vəliyevin nəşinin qalıqları bu gün doğulduğu Quba rayonuna gətiriləcək.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, saat 12:00-da şəhidin cənazəsi Quba şəhərinin girişində, “Gənclər parkı”nın qarşısında qarşılanacaq.Şəhid Murad Vəliyev doğma kəndi Nütəh qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Murad Vəliyev Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində itkin düşmüşdü.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
2
bizim.media

10Sources