EN

Dubayda dünyanın ən hündür hoteli açılacaq — Fotolar

Dubayda dünyanın ən hündür hoteli açılacaq. Məlumata görə, hotel “Ciel Dubai Marina” adlanacaq. Hündürlüyü 377 metr olan, 82 mərtəbəli “Ciel Dubai Marina” Dubayda yerləşən əvvəlki rekordçu – 356 metrlik, 75 mərtəbəli “Gevora Hotel”i geridə qoyacaq.

Binanın konsepsiyasını memarlıq bürosu NORR hazırlayıb və onu “iynə ucu” formasında dizayn etməyi təklif edib. Tikinti “Dubai Marina” bölgəsində aparılır. Ümumilikdə binada 1004 otaq olacaq, onlardan “Palm Jumeirah” adalarına və Fars körfəzinə mənzərə açılacaq.

Delüks otağın bir gecəlik qiyməti 2400 dirhəm (1110 AZN) təşkil edəcək, “kral premium” otaq 2595 dirhəmə (1200 AZN), lüks otaq isə 3593 dirhəmə (1600 AZN) başa gələcək.  Qonaqlar üçün müxtəlif dünya mətbəxləri təqdim edən 8 restoran, spa-studiya, idman zalı, konfrans zalları və uşaqlar üçün nəzərdə tutulmuş zonalar olacaq.

76-cı mərtəbədə dünyanın ən hündür sonsuz hovuzu, sonrakı mərtəbədə isə şəhərə panoramik mənzərə təqdim edən launc-terras yerləşəcək.

Otelin sahibi Böyük Britaniyanın IHG şirkətidir. Müəssisə premium hotellər şəbəkəsi olan “Vignette Collection”a daxildir.

Chosen
17
banker.az

1Sources