Misli Premyer Liqasında IV tura bu gün iki oyunla start veriləcək.
İlk olaraq "Araz-Naxçıvan" "Kəpəz"in qonağı olacaq.
Qarşılaşma saat 17:45-də start götürəcək. Hesabında 7 xal olan Naxçıvan klubu üçüncü pillədə qərarlaşıb. Üç qarşılaşmanın hamısında uduzan "Kəpəz" sonuncu - 12-ci sıradadır.
Günün ikinci matçında "Qarabağ" "Zirə"ni qəbul edəcək. Bu görüş saat 20:00-da başlayacaq. Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" 3 xalla yeddinci, "Zirə" isə 7 xalla birinci yerdədir.
Azərbaycan Premyer Liqası
I dövrə, IV tur
12 sentyabr
17:45. "Kəpəz" – "Araz-Naxçıvan"
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu
20:00. "Qarabağ" – "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"Azərsun Arena"
Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.