EN

Trampın tələbi ilə 14 əcnəbi vətəndaş əfv edildi

ABŞ prezidenti Donald Tramp və bir sıra digər dünya liderlərinin müraciəti əsasında Belarus prezidenti Aleksandr Lukaşenko 14 xarici vətəndaşı əfv edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Belarus prezidentinə yaxınlığı ilə tanınan “Pul pervoqo” Telegram kanalı məlumat yayıb.

Əfv olunanlar arasında 6 Litva, Latviya, Polşa və Almaniya vətəndaşı, həmçinin Fransa və Böyük Britaniyadan hər birindən bir nəfər yer alır.

Qərar “xoş niyyətin nümayişi” və “insanlıq prinsipləri əsasında” qəbul edildiyi bildirilir.

Chosen
48
veteninfo.az

1Sources