EN

Robinyonun oğlu İngiltərə nəhənginə keçməyə yaxındır SON DURUM

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Braziliya millisinin məşhur sabiq futbolçusu Robinyonun oğlu Junior Robinyo Avropa klublarının diqqət mərkəzinə düşüb. 

Fanat.Az xəbər verir ki, vətənində "Santos"da çıxış edən 17 yaşlı futbolçunu “Liverpul” heyətinə qatmağa çalışır. 

İnformasiyanı jurnalist Lyuis Stil yayıb. Mənbənin məlumatına görə, İngiltərə çempionunun skautları gənc vingerin bir neçə matçını izlədikdən sonra baş məşqçi Arne Slota müsbət rəy bildiriblər. 

Junior Robinyo "Santos"un əsas komandasında üç matçda çıxış edib. Futbolçunun Braziliya A Seriyasında debütü ötən ilin yayında baş tutub. 

"Transfermarkt" oğul-Robinyonun dəyərini 1 milyon avro qiymətləndirir. Onun Braziliya nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yazına qədər qüvvədədir.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
fanat.az

2Sources