EN

PKK/YPG terror təşkilatları yenə iş başında : Mülki əhali hədəfə alındı 

Suriya Demokratik Qüvvələri (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terror təşkilatı sentyabrın 10-da Suriyada dinc sakinləri hədəf alıb. Hücum nəticəsində 1 nəfər həlak olub, eyni ailədən 2 nəfər isə yaralanıb.

SANA xəbər agentliyinin yaydığı məlumata görə, SDQ Hələbin şərqində yerləşən Əl-Xəfsə şəhəri ətrafını atəşə tutub, eyni zamanda Mənbicin Əl-Qeyyariya kəndindəki yaşayış evlərinə də hücum edib.

Bu gərginlik martın 10-da Suriya prezidenti Əhməd Şəraa ilə PKK/YPG-nin lideri Ferhat Abdi Şahin arasında imzalanmış razılaşmadan sonra baş verib. Razılaşma Suriyanın şimal-şərqindəki mülki və hərbi qurumların dövlət idarəçiliyinə inteqrasiyasını, ölkənin ərazi bütövlüyünün qorunmasını və hər hansı bölünmə planının rədd edilməsini nəzərdə tuturdu.

Lakin terror təşkilatı bu razılaşmanı dəfələrlə pozub.

Qeyd edək ki, Suriya hökuməti Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkədə sabitliyin və təhlükəsizliyin bərpası üçün ciddi səylər göstərir.

Chosen
28
veteninfo.az

1Sources