EN

1 ci Liqa: Səbail Ramiz Məmmədovlu Mingəçevir lə üz üzə

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünən start götürən 1-ci Liqada açılış turunun oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, turun daha 2 oyunu bu gün keçiriləcək.

Günün ilk oyununda 1-ci Liqaya yeni yüksələn iki komanda - "Şəfa" ilə "Şimal" üz-üzə gələcəklər. Çempionatın favoritlərindən sayılan "Şəfa" bölgə təmsilçisini Binədə qonaq edəcək.

Günün ikinci oyununda isə liqanın daha iki favoriti qarşılaşacaq. Ötən mövsümün sonunda Premyer Liqada sonuncu yeri tutaraq aşağı dəstəyə yuvarlanan "Səbail" Ramiz Məmmədovlu "Mingəçevir"lə münasibətlərinə aydınlıq gətirəcək. “ASCO Arena”da baş tutacaq görüş saat 19:00-da başlayacaq.

Azərbaycan 1-ci Liqası

1-ci tur

12 sentyabr (cümə)

16:30. “Şəfa” – “Şimal”

Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Mirnihat Seyidov, Əkbər Əhmədov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Binə. Qəsəbə stadionu.

19:00. “Səbail” – “Mingəçevir”

Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Murad Səlimov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Bayıl. “ASCO Arena”.

Qeyd edək ki, tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq:

13 sentyabr 

16:30. “Baku Sportinq” – “Difai” 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
1
fanat.az

2Sources