Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara995,9 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbiləvazimatlar satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1%çoxdur.
Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarətdövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarətşəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndəticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə6,7% artıb.