EN

Rus səfiri XİN-ə çağırıb, hesab sordular! PUA hücumu SKANDALa çevrilib

Sentyabrın 11-də Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Olaylar.az xəbər verir ki,səbəb 10 sentyabr gecəsi Polşa Respublikasının hava məkanının pilotsuz uçuş aparatları vasitəsilə qəsdən pozulması faktıdır.

Çexiya XİN-in müavini Y. Marian görüşdə Rusiyaya açıq mesaj verib və hadisənin NATO müttəfiqlərinin təhlükəsizliyini birbaşa təhdid etdiyini bildirib.

Moskvanın reaksiyası isə gözlənildiyi kimi, məsuliyyətdən yayınmağa hesablanmış bəhanələrdən ibarət olub. Səfir iddia edib ki, guya həmin PUA-ların Rusiya Silahlı Qüvvələrinə məxsusluğu sübuta yetirilməyib, üstəlik onların uçuş məsafəsi 700 kilometrdən çox ola bilməzmiş. Rusiya Müdafiə Nazirliyi də əlavə edib ki, Polşa ərazisindəki obyektlərin vurulması planlaşdırılmayıb və tapılan dronlar partlayıcı qurğu daşımırmış. Lakin reallıq tamamilə fərqlidir - 19 pilotsuz aparat Polşa ərazisinə daxil olub və bu, həm Polşanı, həm də bütövlükdə NATO məkanını silkələyib.

NATO Baş katibi M. Rütte də 10 sentyabrda keçirilmiş Şura iclasında məsələni təsdiqləyib və bildirib ki, araşdırma davam edir. Amma artıq bütün Avropada aydındır: bu təhdidin müəllifi Rusiyadır. Moskvanın səsləndirdiyi bəhanələr, "bu insidentdən kim faydalanır" kimi ritorik suallar isə sadəcə demoqogiyadır və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil.

Rusiya 3 ildən çoxdur ki, Şərqi Avropanı qorxu altında saxlamağa çalışır, indi isə təhlükəni bütün qitəyə yayır. Avropa ölkələri, xüsusilə də Polşa, müharibənin sərhədləri aşaraq daha geniş miqyas alacağından ciddi narahatdır. Dünya ictimaiyyəti də bu gərginliyin Rusiyanın hərbi siyasətindən qaynaqlandığını yaxşı anlayır.

Nəticə aydındır: Avropada və dünyada artan narahatlığın müəllifi və səbəbkarı Moskvanın aqressiv müharibə ritorikası və təcavüzkar siyasətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
42
23
olaylar.az

10Sources