EN

Naxçıvanda su olmayacaq

Naxçıvan şəhərində su xəttində qəza baş verib.

Avtosfer.az xəbər verir ki, qəza şəhərin Babək, Əlincə, Əliqulu Qəmküsar məhəllələri, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar bu gün saat 10:00-dan bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

 

Chosen
8
16
avtosfer.az

10Sources