EN

Dağıstanda bir küçəyə İosif Stalinin adı verildi

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın işğal etmək kimi ekspansionist iddialarını və onun Sovet İttifaqına qayıtmaq arzusunu Dağıstanda rusiyayönlü məmurların atdığı addımlar bir daha sübut edir. Dağıstanın Kaspiysk şəhərində küçəyə SSRİ-nin qaniçən lideri olmuş İosif Stalinin adı verilib.

Hafta.az-ın yazdığına görə, küçənin adının dəyişdirilməsi ilə bağlı mərkəzi meydanda “Dağıstan Dizel” Səhmdar Cəmiyyətinin qarşısında keçirilən mərasimdə Kaspiysk merinin müavini Hüseyn Unkilov, şəhərin hərbi komissarı polkovnik Marat Paşayev, Elektrik Stansiyasının baş direktorunun müavini Ruslan Kasumov və çoxsaylı dövlət rəsmiləri iştirak ediblər.

Baş direktor müavini Kasumov küçəyə diktator Stalinin adının verilməsini “vətənə xidmətinin mükafatı” hesab edib. Kasumov, "Bu gün müəssisəmiz ölkəmizin və dünya tarixində mühüm şəxsiyyət olan İosif Stalinin abidəsini açmaqdan şərəf duyur. Bu yerdə 182-ci zavodun tikilməsi təşəbbüsünü dəstəkləyən Stalin olub. Bu zavod olmasaydı, Kaspiysk də olmazdı, deməli, biz də olmazdıq” deyib.

İştirakçılar küçəni adı yazılan barilyevin altına gül dəstələri qoyublar.

Küçəyə Stalinin adının verilməsi haqqında qərar bu il martın 25-də Kaspiysk şəhər hökumətinin qərarı ilə təsdiq edilib. 2018-ci ildə Kaspiysk administrasiyası Mira küçəsinin IV Stalin küçəsi adlandırılmasını təklif etsə də, yerli sakinlərin etirazına görə bu təklifi geri götürüb.

Chosen
58
hafta.az

1Sources