EN

Braziliyanın sabiq prezidenti həbs edildi

Braziliyanın sabiq prezidenti Jair Bolsonaro, 2022-ci il prezident seçkilərindən sonra dövlət çevrilişinə cəhddə ittiham edilərək 27 il 3 ay həbs cəzasına məhkum edilib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Ali Məhkəmə Bolsonaro’nun çevriliş planlaşdırmaq, silahlı cinayət təşkilatı qurmaq və demokratik quruluşu devirməyə cəhd etmək kimi cinayətlərdə günahkar olduğunu bildirib.

Hakim Alexandre de Moraes, Bolsonaro’nun uğur qazansaydı, Braziliyaya diktatura qaytaracağını vurğulayıb. 2022-ci ildə keçirilən seçkilərdə Bolsonaro, Lula da Silva qarşısında məğlub olmuş və tərəfdarları seçki saxtakarlığı iddiası ilə ölkəni qarışdırmağa çalışmışdılar. 8 yanvar 2023-də isə Bolsonaro tərəfdarları Milli Konqresə və digər dövlət binalarına basqın edərək böyük zərər vurmuşdu. Bolsonaro bu ittihamları rədd edərək hadisələri “cadugər ovu” adlandırmışdı.

Chosen
4
manset.az

1Sources