EN

“Öləndən sonra xəbər etməyin” - Mahsun Kırmızıgül

Məşhur türkiyəli sənətçi Mahsun Kırmızıgül sosial şəbəkə hesabında vəsiyyəti ilə bağlı açıqlama yayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi paylaşımında “öləndən sonra haqqımda xəbər etməyin, dəfnimə gəlməyin” sözləri ilə diqqət çəkib. O, media qurumlarına müraciət edərək bildirib: “Xəbər proqramları, sözüm sizədir… Sənətçinin əməyinə, konsertinə, əsərinə dəyər vermirsiniz. Sağlığında görməməzliyə vurursunuz, amma vəfat edəndə xatırlayırsınız. Təəssüf ki, dəfələrlə bunun şahidi olduq. Sağlığında dəyər verilməyən sənətçinin ölümündən sonra deyilən sözlərin heç bir mənası yoxdur.”

Kırmızıgül sözlərinin sonunda vəsiyyətini belə ifadə edib: “Bir gün dünyadan köçsəm, haqqımda xəbər yaymayın, dəfnimə gəlməyin. Gedin, ölkəni talayanların, uşaqlarımızın gələcəyini oğurlayanların xəbərlərini edin".

Müəllif: Günel Fərzəliyeva
Chosen
11
sia.az

1Sources