EN

Urmu gölü tam qurudu: Dünyanın ən böyük fəlakətlərindən biri

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son peyk görüntüləri Güney Azərbaycanın təbiət incisi olan Urmu gölünün tamamilə quruduğunu təsdiqləyib. 

Onilliklərdir davam edən iqlim dəyişikliyi, su ehtiyatlarının yanlış idarə olunması və genişmiqyaslı insan müdaxiləsi nəticəsində göl artıq həyatsız bir duz səhrasına çevrilib.

1990-cı illərin ortalarından etibarən göldə suyun səviyyəsi sürətlə azalırdı. Bu azalma, xüsusilə son illərdə intensivləşən quraqlıq və kənd təsərrüfatı məqsədilə göl hövzəsində suyun həddindən artıq istismarı ilə daha da dərinləşib. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
1
cebheinfo.az

2Sources