EN

Şahzadə Harri Kiyevə gözlənilməz səfər edib » AzadMedia.az



Sasseks hersoqu Harri Ukrayna Prezidenti Volodimir Zelenski hökumətinin dəvəti ilə Kiyevə gedib.

O, Kiyevə Kral Çarlz ilə son 20 ayda ilk qısa görüşündən sonra "Invictus Games" komandası ilə birlikdə gəlib.

Səfərdə məqsədi yaralı Ukrayna hərbçilərinə dəstək olmaqdır. "Biz müharibəni dayandıra bilmərik, lakin zərərçəkənlərin bərpasına kömək etmək üçün əlimizdən gələni edə bilərik", - şahzadə Harri qeyd edib.

O, "Invictus Games" fondu ilə birlikdə Ukraynada ağır yaralı əsgərlərin reabilitasiyası üçün təşəbbüslər irəli sürməyi planlaşdırır.
Chosen
8
3
azadmedia.az

4Sources