EN

Daha bir şəhidin nəşi Qəbələdə torpağa tapşırılacaq – FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən Qəbələnin Qəmərvan kənd sakini şəhid Vəkil Qayıbovun nəşi bu gün doğulduğu kəndə gətiriləcək. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1973-cü ildə Qəmərvan kəndində dünyaya göz açan Vəkil ailənin beş uşağından ilki idi. 
 

O, 1992-ci ilin 15 iyununda Ağdərə  rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdən birində itkin düşüb. Ailəsi uzun illər onu axtarsa da, Vəkillə bağlı heç bir məlumat ala bilməyiblər. 33 il idi ailəsi onun yolunu gözləyirdi.  


Şəhidin dəfn mərasimi saat 15 radələrinə baş tutacaq. 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Chosen
1
bizim.media

1Sources