Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Turkustan.az Report-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Xatırladaq ki, sentyabrın 12-də Culfa rayonunda BMW markalı avtomobilin aşması nəticəsində baş verən qəzada dörd polis əməkdaşı hadisə yerində həyatını itirib.