EN

Böyük Britaniyanın XİN başçısı Kiyevə gedəcək

Böyük Britaniyanın yeni xarici işlər naziri İvet Kuper yaxın vaxtlarda Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək niyyətindədir. Bu barədə sentyabrın 12-də ölkə hökumətinin saytında dərc edilmiş məlumatda qeyd edilir. 

Xəbəri “İzvestiya.ru” verib. 

“Xarici işlər naziri Kiyevdə Nazirlər Kabinetinin ofisinə səfər etməlidir. Nazir Ukraynanın Böyük Britaniya üçün prioritet olduğunu açıq şəkildə bildirdi”, - deyə bəyanatda deyilir.

Kuperin 2026-cı ildə Kiyevə 142 milyon funt sterlinq (193,1 milyon dollar) ayırmağı planlaşdırdığı və bu vəsaitin qış dövründə ölkəni dəstəkləmək üçün verilməli olduğu bildirilir. Bundan əlavə, bu məbləğin infrastrukturun bərpasına yönəldilməsi nəzərdə tutulur.

Nazir onun dövlətinin Kiyevə göstərdiyi dəstəyi həmişəkindən daha sarsılmaz və güclü adlandırıb.

P.Əmircanov
XQ

Chosen
10
1
xalqqazeti.az

2Sources