EN

Rusiyanın Pulkovo hava limanında 40-dan çox reys təxirə salındı

BAKI, 12 sentyabr. TELEQRAF

Rusiyanın Sankt-Peterburqdakı Pulkovo hava limanında 40-dan çox reys ləğv edilib və ya gecikdirilib.

Teleqraf xəbər verir ki, bu barədə hava limanını idarə edən “Northern Capital Gateway” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Pulkovo hava limanında 28 reys gecikib, 11 təyyarə ehtiyat aerodromlara yönləndirilib, 13 reys isə ləğv olunub.

Hava məkanının istifadəsinə dair məhdudiyyətlər gecə saatlarından tətbiq edilib.

Qeyd edək ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti daha əvvəl Leninqrad vilayətinin bəzi ərazilərində tətbiq olunan məhdudiyyətlərin Kalininqradla uçuşların həyata keçirilməsinə təsir göstərdiyini bildirib.

Chosen
77
teleqraf.com

1Sources