EN

İran: Nüvə ehtiyatlarımız bombalanan obyektlərdə dağıntılar altındadır!

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın xarici işlər naziri Abbas Erakçi bildirib ki, ölkəsinin zənginləşdirilmiş uran ehtiyatları iyun ayında ABŞ və İsrailin nüvə obyektlərinə endirdiyi hücumlar nəticəsində dağıntılar altında qalıb.Turkustan.az xəbər verir ki, Erakçi bu açıqlamanı dövlət televiziyasında yayımlanan proqramda çıxışı zamanı verib.Nazirin sözlərinə görə hücumlara məruz qalan obyektlərdə yerləşən nüvə materiallarının bir qismi hələ də dağıntılar altındadır:"Nüvə materiallarımıza aid hər şey bombalanan obyektlərə edilən hücumlar nəticəsində dağıntılar altındadır. Hazırda bu materialların mövcudluğu və bəzilərinin vəziyyəti İranın Atom Enerjisi Təşkilatı tərəfindən qiymətləndirilir", – deyə, o bildirib.Erakçi əlavə edib ki, qiymətləndirmə tamamlandıqdan sonra hesabat İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim olunacaq və bunun əsasında növbəti addımlar müəyyənləşdiriləcək.BMT sanksiyalarının bərpası ehtimalına toxunan Erakçi, İranın reaksiyasının qəti olacağını və bunun forma və məzmununa Ali Milli Təhlükəsizlik Şurasının qərar verəcəyini qeyd edib. O, həmçinin, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq məsələsinin də zaman-zaman müzakirəyə çıxarıldığını deyib:“NPT-dən çıxmaq variantlardan biridir, lakin İran İslam Respublikasının seçimləri bununla məhdudlaşmır. Hansı addımın atılacağı ölkənin təhlükəsizlik və milli maraqlarına əsasən müəyyən ediləcək.”Bir gün öncə Qahirədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əldə olunan razılaşmaya da toxunan nazir bildirib ki, hələlik heç bir beynəlxalq yoxlamaya icazə verilməyib. Gələcəkdə həyata keçiriləcək mümkün yoxlamalar üçün isə əlavə danışıqlar aparılacaq və bu məsələ yenə də Ali Milli Təhlükəsizlik Şurasının qərarına bağlı olacaq.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
1
icma.az

2Sources