EN

Beynəlxalq olimpiadalarda 50 medal QAZANILIB

2024-2025-ci tədris ilində Respublika fənn müsabiqələrində iştirak edən şagirdlərin sayı 63 minə, fənn olimpiadalarında iştirak edənlərin sayı isə 83 minə yaxın olub.

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov qeyd edib ki, əvvəlki tədris ili ilə müqayisədə müvafiq olaraq 46% və 45% artım deməkdir:

"Lütfi Zadə adına riyaziyyat-monitorinq olimpiadasında isə 31 mindən çox şagird iştirak edib ki, bu da ötən illə müqayisədə 48% artım göstərir. 2025-ci il üzrə beynəlxalq olimpiadalarda Azərbaycan şagirdləri ümumilikdə 50 medal- 5 qızıl, 14 gümüş və 31 bürünc medal qazanıblar. Bu göstəricilər intellektual inkişaf və beynəlxalq uğurların artdığını nümayiş etdirir".

Chosen
17
azedu.az

1Sources