EN

Premyer Liqada 4-cü tur start götürür – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatır.

İdmanxeber.az xəbər verir ki, 4-cü turun ilk oyun günündə iki matç keçiriləcək

Turun açılış matçı Qəbələdə baş tutacaq. “Kəpəz” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. 3 turdan sonra çempionatın xal qazanmayan yeganə komandası olan Gəncə təmsilçisi 12 kollektiv arasında sonuncudur. 3 oyundan 7 xal toplayan Naxçıvan klubu isə üçüncü pillədə qərarlaşıb. 

Günün ikinci oyununda son çempion “Qarabağ” gümüş medalçı “Zirə”ni sınağa çəkəcək. 2 oyundan sonra 3 xalı olan Ağdam klubu hazırda 7-ci pillədə qərarlaşıb. “Zirə” isə 7 xalla liderdir.

12 sentyabr (cümə)

17:45. “Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər:
 Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov

VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Zirə”
Hakimlər:
 Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
“Azersun Arena”

Chosen
28
3
idmanxeber.az

4Sources