EN

Şagirdlərə 40 minə yaxın kompüter verilib - RƏSMİ

Bu il 40 minə yaxın kompüter şagirdlər üçün paylanılıb. Şagirdlərə verilən kompüterlərin sayı tədris ilində artırılacaq.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O, bildirib ki, bununla da şagird kompüter nisbəti səkkizdə birə çatacaq.

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Chosen
40
1
bizim.media

2Sources