EN

Alman ordusunun generalı Litvada alman qoşunlarının təhlükəsizliyini tələb edir

Alman ordusu generalı Erhard Bühler Litvada alman qoşunlarının təhlükəsizliyini təmin etməyə çağırıb.

Editor.az bu barədə MDR-ə istinadla xəbər verir.

Onun fikrincə, respublikanın hərbi təhlükəsizlik orqanlarının işi qaydaya salınmalıdır. Bu, əsgərlərin və onların ailələrinin kazarmadan kənarda mühafizəsini təmin etmək üçün lazımdır.

“Bu, digər “xarici yerləşdirmələrdə” belə deyil. Orada təhlükəsizlik tədbirləri yalnız hərbi sahə, yəni hərbi mülkiyyətlə məhdudlaşır”, – Bühler əlavə edib.

Qeyd edək ki, may ayında Almaniya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq öz nizami qoşunlarını başqa ölkəyə yerləşdirib.

2023-cü ilin dekabrında Litvanın və Almaniyanın müdafiə nazirləri Arvydas Anuşauskas və Boris Pistorius Almaniya briqadasının 2027-ci ilə qədər Litvaya göndərilməsi ilə bağlı fəaliyyət planı imzalayıblar.

Əsas qoşunların köçürülməsinə 2025-ci ildə başlanılıb. İki il ərzində Rudninkay poliqonunda olan alman briqadası tam əməliyyat hazırlığına çatmalıdır.

//Gülnarə Abasova, Editor.az

Chosen
9
editor.az

1Sources