EN

Britaniya şahzadəsi Kiyevə səfər etdi

Kral III Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri Ukraynaya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Şahzadə Harri Ukraynaya səfəri çərçivəsində Baş nazir Yuliya Sviridenko ilə görüşəcək.

Qeyd edilir ki, görüş zamanı Harri və onun yaratdığı "Invictus Games" fondunun komandası Ukrayna Silahlı Qüvvələrinin yaralı hərbçilərinin reabilitasiyasına dəstək layihələrini müzakirə etməyi planlaşdırır.
Chosen
103
1
sherg.az

2Sources