EN

"Qarabağ"ın rəqibi "Roma"nın oyunçusunu transfer etdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi “Benfika” yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, Lissabon klubu 18 yaşlı yarımmüdafiəçi Federiko Koletta ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçu ilə sözləşmənin müddəti 3 illik nəzərdə tutulub. İtaliyanın U-19 millisinin üzvü olan futbolçu "Roma"dan transfer edilib və hələlik "Benfika"nın B komandasında forma geyinəcək. O, 2 dəfə - 2022/2023 və 2023/2024 mövsümlərində gənclər arasında İtaliya çempionatının qalibi olub.
Koletta həmçinin 17 yaşadək futbolçular arasında Avropa çempionudur. O, 2024-cü ildə keçirilən turnirin finalında, İtaliyanın Portuqaliya üzərində 3:0 hesablı qələbə qazandığı görüşdə 1 qol vurub.

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu məhz Portuqaliya nəhənginə qarşı keçirəcək. Səfərdə baş tutacaq qarşılaşma sentyabrın 16-da keçiriləcək.

Chosen
10
fanat.az

1Sources