ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Bakı, 12 sentyabr 2025-ci il – Azərbaycanın
maliyyə sektorunda mühüm yer tutan və real sektorun inkişafına davamlı dəstək
göstərən aparıcı maliyyə institutlarından biri olan Bank
Respublika ilə regionun nüfuzlu beynəlxalq maliyyə
qurumlarından olan Qara Dəniz Ticarət və İnkişaf Bankı
(BSTDB) arasında yeni maliyyə sazişi imzalanmışdır.
Sazişə əsasən, beynəlxalq
maliyyə qurumu Banka 3 il müddətinə 25 milyon manat məbləğində kredit ayıracaq
və vəsait milli valyutada təqdim ediləcək.
""Milli valyutada kreditləşmə kiçik və orta
sahibkarlığın dəstəklənməsinin ən səmərəli yollarından biridir. Bu,
sahibkarlara valyuta risklərinin yükü olmadan davamlı və inamlı şəkildə böyüməyə
imkan yaradır. Bank Respublika ilə bu əməkdaşlıq yalnız tərəfdaşlığımızda yeni
mərhələ deyil, həm də Azərbaycanın qeyri-neft iqtisadiyyatının gücləndirilməsi
istiqamətində strateji addımdır. Birlikdə biz sahibkarlar üçün daha geniş
imkanlar yaradır, innovasiyaları dəstəkləyir və uzunmüddətli iqtisadi dayanıqlığa
töhfə veririk. BSTDB, ölkə üzrə dayanıqlı inkişaf və rifahı təşviq etməkdə Bank
Respublika ilə yanaşı addımlamaqdan qürur duyur.”– deyə BSTDB prezidenti Dr. Serhat Köksal bildirib.
"Bu vəsait "Bank Respublika”nın ölkə
iqtisadiyyatında kiçik və orta sahibkarlığın (KOB) maliyyə imkanlarını genişləndirməklə
onların dayanıqlı inkişafına, qeyri-neft
sektorunun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və yeni biznes təşəbbüslərinin dəstəklənməsinə
xidmət edəcək. "Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb
olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən
sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır. Biz Qara Dəniz Ticarət və
İnkişaf Bankına əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsaitlər
real sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın kredit dəstəyini gücləndirməyə
və bununla da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.” deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel
İsmayılov bildirib
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.