EN

Naxçıvan şəhərinin bəzi ərazilərini subasmaya məruz qalıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəintensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi ərazilərinsubasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, daxil olmuşməlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə HallarNazirliyinin müvafiq qüvvələri çağırış ünvanlarına cəlb olunub.

Görülmüş işlər nəticəsində Naxçıvan şəhərində su basmışümumilikdə 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təminedilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Məqalədə:
Chosen
34
az.trend.az

1Sources