EN

Culfada avtomobil qəzasında ölən polislərin adları məlum oldu – Yenilənib


Culfada avtomobil qəzasında ölən polislərin adları məlum olub.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, yol qəzasında ölənlər Quliyev Qüdrət Qasım oğlu, Adnınsoy Uğur Emin oğlu, Abbasov Səbri Mövla oğlu və Əliyev İlham Elnur oğludur.
Digər tərəfdən, Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

***08:52 
Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.
“Faktla bağlı araşdırma aparılır.
Chosen
23
11
yeniavaz.com

3Sources