EN

Hərbi hissələrdə gənc əsgərlərlə görüş müvəqqəti məhdudlaşdırılıb

Azərbaycan Ordusunda yeni xidmətə başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən “Polqion”a bildirilib ki, hərbi mühitə adaptasiya dövründə gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısını almaq üçün keçirilən tədbirlərlə əlaqədar hərbi hissələrdə görüş müvəqqəti məhdudlaşdırılıb.

“Vətəndaşlardan, xüsusilə gənc əsgərlərin valideynlərindən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.

Məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, – deyə MN tərəfindən qeyd olunub.

546624076

 

 

Chosen
1
25
poliqon.az

10Sources