Misli Premyer Liqasında 4-cü tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, ötən mövsümü 1 və 2-ci yerdə bitirən "Qarabağ" və "Zirə" "Azərsun Arena"da üz-üzə gələcək.
"Zirə" hazırda top fərqi ilə çempionatın lideridir. "Qarabağ"ın isə 3 xalı var.
Qeyd edək ki, Ağdam təmsilçisinin 1 oyunu təxirə salınıb.
Misli Premyer Liqası, 4-cü tur
12 sentyabr (сümə)
20:00. “Qarabağ” - “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
“Azersun Arena”