EN

Ukrayna bir zərbə ilə 17 zabiti məhv edib Adlar açıqlandı

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Avqustun 30-da Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Voskresenka qəsəbəsində Rusiya işğalçı ordusunun komanda məntəqəsini darmadağın edib. Həmin hücumun nəticəsində Rusiyanın verdiyi ciddi itkilər ötən gün təsdiqlənib

Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin zabiti, cəbhədə işğalçıların itkilərini izləyən hərbi bloqer Anatoli Ştefanın(“Ştirlits”) qeyd etdiyinə görə, komanda məntəqəsinə hücum nəticəsində Rusiya ordusunun azı iki polkovnik-leytenantı həlak olub.

Onların haqqındakı nekroloqlar komanda məntəqəsinin dağıdılmasından bir neçə gün sonra ortaya çıxıb. “Ştirlits” iddia edir ki, nekroloqlarda adı keçən hər iki polkovnik-leytenant Voskresenkada məhv edilib.

Bunlar polkovnik-leytenant Dmitri Paşabekov və polkovnik-leytenant Ruslan Şiqabutdinovdur.

Ümumilikdə, Rusiya itkilərini izləyən mənbələrə görə, həmin hücum zamanı 17 zabit və 1 sıravi əsgər məhv edilib. /AzPolitika.info/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
icma.az

2Sources