EN

Tibb müəssisələrinin axtarışı bölməsinə özəl tibb müəssisələri də əlavə edilib

Banker.az-ın verdiyi məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində “Tibb müəssisələrinin axtarışı” bölməsi yenilənib. İcbari tibbi sığorta hesabına göndəriş əsasında Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edilib.

Sistemdən istifadə etmək üçün aşağıdakı mərhələlərdən keçmək lazımdır:

its.gov.az saytına daxil olun; Ana səhifədə yerləşən “Tibb müəssisələrinin axtarışı” bölməsini seçin; Filter vasitəsilə lazım olan tibbi xidməti “Xidmətlər” hissəsindən seçin; Axtarış nəticəsində həmin xidmətin göstərildiyi dövlət və ya özəl tibb müəssisələrinin siyahısı ilə tanış olun.

Hazırda Agentlik 190-dan çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir. Bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir.

Chosen
19
5
banker.az

6Sources