EN

Nikahlar artdı, boşanmalar azaldı

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul aylarında 27509 nikah və 12146 boşanma halları qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artmış, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb”, – məlumatda qeyd olunub.

Chosen
7
24
konkret.az

10Sources