EN

Tramp Nyu Yorkda Qətərin Baş naziri ilə görüşəcək

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bu gün Nyu-Yorkda Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Qətərin Baş naziri ilk növbədə ABŞ-ın dövlət katibi Marko Rubio, daha sonra isə vitse-prezident Ceyms Devid Vens ilə görüşəcəyi bildirilib.

Bundan sonra onun Tramp və xüsusi nümayəndə Stiv Uitkoffla görüşü gözlənilir.

Müzakirələrin əsas mövzusu isə bu həftənin əvvəlində İsrailin Doha şəhərində HAMAS liderlərinə endirdiyi zərbənin nəticələri olacaq. Bununla yanaşı, ABŞ-Qətər təhlükəsizlik sazişi də əsas gündəm mövzusudur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
3
apa.az

4Sources